Müdafiə naziri Zakir Həsənov Serbiyanın keçmiş prezidentini qəbul edib

Müdafiə naziri Zakir Həsənov Serbiyanın keçmiş prezidentini qəbul edib
# 29 aprel 2014 15:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Serbiyanın keçmiş prezidenti Boris Tadiçi qəbul edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Müdafiə naziri qonaqla Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələləri müzakirə edib.


Öz növbəsində cənab B.Tadiç ölkələr arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb. Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR