“Azərreyl” italiyalı voleybolçudan imtina edib

“Azərreyl” italiyalı voleybolçudan imtina edib
# 21 may 2013 06:39 (UTC +04:00)

Bakı – APA. “Azərreyl”də islahatlar davam edir. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Riikka Lehtonen (Finlandiya), Debbi Stam, Karolina Vensink (hər ikisi Hollandiya) və Milena Radeçkanın (Polşa) ardınca italiyalı voleybolçu İndre Sorokayte ilə də müqaviləni uzatmaqdan imtina ediblər.

25 yaşlı voleybolçunun yenidən Apennin yarımadasına dönəcəyi gözlənilir. Onunla “Novara”nin maraqlandığı bildirilir.

Qeyd edək ki, Sorokayte Bakı klubuna “Torino”dan gəlmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR