Azərbaycandakı Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsinə yola düşüblər

Azərbaycandakı Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsinə yola düşüblər
# 11 avqust 2015 09:50 (UTC +04:00)

APA-nın məlumatına görə, bu gün Əfqanıstan müharibəsi veteranları Müdafiə Nazirliyinin məsul şəxsləri ilə birgə Şəhidlər xiyabanını ziyarət ediblər.

Birliyin rəhbəri, Əfqanıstan müharibəsi veteranı Məhəmməd Vəliyev bildirib ki, veteranlar cəbhə bölgəsində əsgərlərlə görüşəcək, öz təcrübələrini onlarla bölüşəcək, hazırkı ruh yüksəkliyini daha da artırmağa çalışacaqlar. O qeyd edib ki, bu, Müdafiə Nazirliyinin tədbirlər planına uyğun həyata keçirilir. Daha sonra veteranlar cəbhə bölgəsinə yola düşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR