Paytaxtda liftdə qalmış şəxs xilas edilib

Paytaxtda liftdə qalmış şəxs xilas edilib
# 10 may 2014 02:35 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə lifti 3-cü mərtəbəyə qaldırıb qapılarını açıblar və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR