İranın xarici işlər naziri ilə BMT baş katibi arasında telefon danışığı olub

İranın xarici işlər naziri ilə BMT baş katibi arasında telefon danışığı olub
# 18 dekabr 2013 07:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə BMT baş katibi Pan Gi Mun arasında telefon danışığı olub.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, tərəflər İran və BMT arasında əməkdaşlığın inkişaf etdirilməsi, regional problemlər, xüsusilə Suriya böhranı mövzusunda fikir mübadiləsi aparıblar.

BMT baş katibi İranın Suriyadakı böhranın həlli məqsədilə İsveçrənin Montrö şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq konfransda iştirak etməsinin vacib olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR