Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycana səfər edəcək

Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycana səfər edəcək
# 13 dekabr 2013 11:32 (UTC +04:00)

Komissarın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi dekabrın 17-də Bakıda Transadriatik qaz kəməri (TAP - Trans Adriatic Pipeline) layihəsi üzrə sazişin imzalanması mərasimində iştirak etməkdir.

Qeyd edək ki, dekabrın 17-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul olunması da gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır.

Mərasimə qatılmaq üçün İtaliyan və Yunanıstanın baş nazirləri Enriko Letta və Antonis Samaras da Azərbaycana gələcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR