Xaçmazda 25 yaşlı qadın 23 yaşlı oğlanı bıçaqlayıb - FOTO - VİDEO

Xaçmazda 25 yaşlı qadın 23 yaşlı oğlanı bıçaqlayıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 may 2014 08:54 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Armudpadar kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Famil Əhliman oğlu bu gün gecə saatlarında ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Xaçmaz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, xəsarət alan şəxs ilkin ifadəsində yıxıldığını bildirib. Amma aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun Quba rayonunun Alpan kənd sakini, 1989-cu il təvəllüdlü Bələdova Aygün Gülağa qızı tərəfindən bıçaqlandığı məlum olub.

Hadisəni törədən xanım polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR