Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
# 19 sentyabr 2013 22:14 (UTC +04:00)

Bakı-APA. Serbiyada Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad edilib. Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, 18 sentyabr 2013-cü il tarixində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 128-ci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar Serbiyanın Novi Sad şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Dunay çayı kənarında salınmış “Sahilyanı park”dakı Üzeyir Hacıbəyli Memorialını ziyarət ediblər.

Tədbir iştirakçıları Üzeyir Hacıbəylinin xatirəsini yad edərək, dahi bəstəkarın büstü qarşısına gül-çiçək dəstələri qoyub, onun həyat və yaradıcılığından bəhs ediblər.

Tədbirdə həmçinin Novi Sad şəhər Meriyasının, İncəsənət Akademiyasının rəhbərliyi və Üzeyir Hacıbəyli təqaüdünü alan tələbələr, eləcə də ictimaiyyətin nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR