İranda baş verən yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb

İranda baş verən yol qəzasında  5 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 04 iyun 2014 13:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 3-də İranın Buşəhr vilayətində, Konqan-Buşəhr yolunda olub. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

Ölənlərdən biri kişi, digərləri qadındır. Qadınlardan biri 7 aylıq hamilə olub.

Yaralılar Konqan şəhərinin xəstəxanalarına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR