Bakı-Qazax yolunda minik maşını ilə mikroavtobus toqquşub, 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb - YENİLƏNİB - SİYAHI - FOTOSESSİYA - VİDEO

Bakı-Qazax yolunda minik maşını ilə mikroavtobus toqquşub, 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB - SİYAHI  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 03 iyul 2014 06:41 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə iyulun 3-də saat 04:00 radələrində Bakı-Qazax yolunun 261-ci kilometrliyində - Ağdaş rayon ərazisində qeydə alınıb.

Ucar rayon sakini, 62 yaşlı Hacıyev Fərman Yusif oğlunun idarə etdiyi 41-BB-557 dövlət nömrə nişanlı, “VAZ -21011” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan, Gürcüstan vətəndaşı, 29 yaşlı Nəzərov Adil Rafiq oğlunun idarə etdiyi “Ford” markalı, “JJC-229” dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Nəticədə “VAZ-21011”-in sürücüsü hadisə yerində dünyasını dəyişib.

“Ford”un sürücüsü və 9 sərnişini isə müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlardan 7-si - Bakı sakinləri, 30 yaşlı Hacıyev Samir Akif oğlu, 33 yaşlı Hüseynova Sərminə Ramiz qızı, Sumqayıt sakinləri - 67 yaşlı Osmanov Ədalət Musa oğlu, 29 yaşlı Mirzəyev Tarif Mahmud oğlu, 42 yaşlı Qəzənzadə Yeganə Faxrəd qızı və 49 yaşlı Namazova Turac Qara qızı və sürücü A. Nəzərov Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Daha 3 nəfər - Sumqayıt sakinləri 63 yaşlı Osmanova Gülpəri Əsəd qızı, 25 yaşlı Əliyeva Əzizə Xanəhməd qızı və Gürcüstan vətəndaşı 62 yaşlı Əliyev Əsgər Əkbər oğlu Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

***

saat 06:13

Ağdaş. Zahid Abışov - APA. Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə iyulun 2-dən 3-ə keçən gecə, saat 04:30 radələrində qeydə alınıb.

İlkin məlumatlara əsasən, “VAZ 011” markalı avtomobilin avtobusla toqquşması nəticəsində 1 nəfər yerində keçinib, 15 nəfər xəsarət alıb. 7 nəfər Ucar, 8 nəfər isə Ağdaş Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR