Əmlak Məsələləri Dövlət Komitəsi daha altı xidmətini elektronlaşdırıb

Əmlak Məsələləri Dövlət Komitəsi daha altı xidmətini elektronlaşdırıb
# 13 avqust 2014 14:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin daha altı yeni elektron xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib.

APA-Economics”in “Elektron Hökümət” portalına istinadən verdiyi məlumata görə, bu xidmətlərə “Servitutun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu ”, “Servitutun dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu”, “Məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi ”, “Daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” və “Daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” daxildir.

Qeyd olunan e-xidmətdən yararlanmaq üçün müvafiq autentifikasiya vasitələrindən istifadə edərək portala giriş tələb olunur. Aidiyyatı məsələlər üzrə müraciət edən ərizəçinin şəxsiyyəti sistem vasitəsilə avtomatik müəyyən edilir. Bu xidmətlərdən etibarnamə vasitəsilə səlahiyyətli seçilən şəxslərin istifadəsinə də şərait yaradılıb. Xidmət istifadəçilərinin işini səmərəliləşdirmək məqsədilə, müraciət ərizələrinə əlavə olunmalı sənədlər üçün ayrıca sənəd yükləmə düymələri yerləşdirilmişdir. Eyni zamanda istifadəçilər dövlət rüsumunu onlayn rejimdə internet vasitəsilə ödəyə bilirlər.

Komitə səmərəli elektron əmlak idarəçiliyi və qeydiyyat sisteminin formalaşdırılması istiqamətində gördüyü işlər sırasında istifadəçi-mərkəzli xidmətlərin yaradılmasına xüsusi diqqət ayırır. Komitə tərəfindən təqdim edilən bu altı xidmət xüsusilə də sahibkarların işinin asanlaşdırılması və səmərəliliyin yüksəldilməsi üçün nəzərdə tutulmuşdur. Həmçinin, Komitə tezliklə istənilən daşınmaz əmlak barədə məlumatın daşınmaz əmlakın dövlət reyestrindən elektron şəkildə əldə olunmasının mümkün edilməsi üzərində işləyir.

Qeyd edək ki, “Elektron Hökümət” portalı üzərindən komitənin təqdim etdiyi e-xidmətlərin sayı artıq 28-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR