Azərbaycanda hərbi məqsədlər üçün aerostatların tətbiqi imkanlarını öyrənilir

Azərbaycanda hərbi məqsədlər üçün aerostatların tətbiqi imkanlarını öyrənilir
# 16 iyun 2014 08:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi İsrailin «Aeronautics Defense Systems» şirkəti ilə birgə aerostatların tətbiqi imkanlarını öyrənir. Bu barədə APA-ya «Aeronautics Defense Systems» şirkətindən məlumat verilib.

«Aeronautics»in istehsal etdiyi «Skystar-300» aerostatı şəhər yerlərində və sərhədlərdə müşahidə aparmaq üçün nəzərdə tutulur. “Skystar-300” aerostatı havada 72 saat müşahidə aparmağa imkan verir.

Şirkət nümayəndələrinin sözlərinə görə, hava şarı sentyabr ayında Bakıda ADEX-2014 sərgisində də nümayiş etdiriləcək. Tələblər olacağı təqdirdə, bu aerostatların Azərbaycandakı birgə müəssisədə istehsalı həyata keçiriləcək.

Azərbaycanla «Aerostar» tipli taktik və «Orbiter-2M» tipli pilotsuz uçuş aparatlarının istehsalının uğurla davam etdirildiyini deyən şirkət nümayəndələrinin sözlərinə görə, hazırda hər iki PUA Azərbaycan Silahlı Qüvvələri tərəfindən geniş şəkildə istifadə olunur. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən PUA-nın füzelyajı da daxil olmaqla mühüm elementlərinin istehsalı mənimsənilib.

Qeyd edək ki, hazırda Azərbaycanda MSN və «Aeronautics Defense Systems» şirkətinin «Azad Systems» adlı birgə müəssisəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR