ƏƏSMN-ə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 1,5 dəfə azalıb

ƏƏSMN-ə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 1,5 dəfə azalıb
# 18 iyul 2014 08:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin ilk yarımilində əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 649, nazirliyin məsul işçiləri tərəfindən isə 7845 vətəndaş qəbul olunaraq müraciətləri dinlənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-a verilən xəbərə görə, qeyd olunan dövrdə vətəndaşlar tərəfindən nazirliyə ünvanlanan 22 050 yazılı müraciətdə qaldırılan əsas məsələlər araşdırılaraq müvafiq tədbirlər görülüb.


Müraciətlərdə əksini tapan məsələlərin obyektiv və ədalətli həlli istiqamətində görülən tədbirlərin nəticəsi kimi, son 6 ayda vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalıb. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun “161-Qaynar xətt” əlaqə mərkəzindən nəzarət qaydasında ƏƏSMN-ə daxil olan müraciətlərin sayı da ötən ilin müvafiq dövrünə nisbətən 34% az olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR