Kolumbiyada xüsusi əməliyyat zamanı 13 üsyançı öldürülüb

Kolumbiyada xüsusi əməliyyat zamanı  13 üsyançı öldürülüb
# 23 iyul 2014 23:04 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Kolumbiya ordusunun hədəfində üsyançıların Arauka əyalətindəki hərbi düşərgələri olub.

Kolumbiya hökuməti son zamanlar əhali və infrastruktura yönələn hücumların arxasında məhz “Milli azadlıq ordusu”nun dayandığını bildirib.

Digər əməliyyat nəticəsində, Meta əyalətində, Kolumbiyanın ən iri üsyançı FARK (Kolumbiya Silahla İnqilabçı Qüvvələri) qruplaşmasının 5 üzvü məhv edilib.

Qeyd edək ki, FARK 1960-cı illərdən bəri Kolumbiya hökumətinə qarşı mübarizə aparır. Radikal solçu qruplaşma ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR