“Çixura”-“Neftçi” matçının vaxtı açıqlanıb

“Çixura”-“Neftçi” matçının vaxtı açıqlanıb
# 26 iyul 2014 10:51 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının III təsnifat mərhələsindən “Neftçi”nin “Çixura” ilə cavab görüşünün başlama saatı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun Gürcüstan təmsilçisi ilə oyunu avqustun 7-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00) start götürəcək.

Matç Tiflisdə Mixail Mesxi adına stadionda keçiriləcək.

Qeyd edək ki, “Neftçi” rəqibini iyulun 31-də saat 20:00-da qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR