Türkiyə TANAP-a vergi güzəştləri tətbiq edəcək

Türkiyə TANAP-a vergi güzəştləri tətbiq edəcək
# 05 dekabr 2013 11:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyə Trans-Anadolu qaz boru kəməri layihəsinə (TANAP) vergi güzəştləri tətbiq edəcək.

«APA-Economics»in «Neftegaz.ru» saytına istinadən verdiyi məlumata görə, bu ölkədə neft və qaz nəqlinə tətbiq olunan vergi güzəştlərinin TANAP layihəsinə də aid edilməsi nəzərdən keçirilir.

Bundan başqa, neft şirkətləri üçün alınan tikinti materiallarının əlavə dəyər vergisindən azad edilməsi məsələsinə də baxılacaq.

Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz» yatağından hasil olunan təbii qazın Türkiyəyə, oradan isə Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin olaraq ötürmə gücü ildə 16 mlrd. kubmetr olacağı gözlənilir. Bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, qalan hissəsi isə Avropaya satılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR