AŞPA-nın 32 nəfərdən ibarət missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

AŞPA-nın 32 nəfərdən ibarət missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
# 30 sentyabr 2013 12:14 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ingiltərəli parlamentar Robert Valterin rəhbərlik etdiyi 32 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 7-dən 10-na qədər Azərbaycanda səfərdə olacaq. APA-nın xəbərinə görə, səfər ərzində AŞPA müşahidə missiyası MSK sədri, prezidentliyə namizədlər, siyasi partiyaların təmsilçiləri, QHT və mətbuat nümayəndələri ilə görüşlər keçirəcək. Oktyabrın 10-da AŞPA missiyası Avropa strukturlarının digər müşahidə missiyaları ilə birlikdə mətbuat konfransı keçirərək ilkin rəyini açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR