Azərbaycan BTC kəməri ilə neftin nəqlini 2% azaldıb

Azərbaycan BTC kəməri ilə neftin nəqlini 2% azaldıb
# 08 aprel 2014 07:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 386 284 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən eyni dövrü ilə müqayisədə 2,1% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprel ayının 1-ə qədər BTC-yə 242 145 657 ton neft vurulub.

Bundan başqa, bu ilin mart ayında BTC kəməri ilə 282 370 ton Türkmənistan nefti, 382 540 ton isə Qazaxıstan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR