Türkiyədən Azərbaycana gələn sərnişində «beşbarmaq» aşkarlanıb

Türkiyədən Azərbaycana gələn sərnişində «beşbarmaq» aşkarlanıb
# 13 sentyabr 2013 15:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyədən Azərbaycana gələn sərnişində «beşbarmaq» aşkarlanıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Ələkbər Ələkbərliyə məxsus çantaya gömrük baxışı zamanı çantadan gömrük nəzarətinə təqdim olunmayan metaldan hazırlanmış 3 ədəd “beşbarmaq” aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, həmin əşyalar əzici-vurucu xassəyə malik soyuq silahlar hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR