Ağ Ev: İrana qarşı sanksiyalar yüngülləşdirilə bilər

Ağ Ev: İrana qarşı sanksiyalar yüngülləşdirilə bilər
# 08 noyabr 2013 16:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Altılıq” ölkələri İrana qarşı sanksiyaların məhdud, məqsədli və yenidən tətbiqi mümkün olmaqla yüngülləşdirilməsi mövzusunu araşdıracaq.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bununla bağlı Ağ Evin yaydığı açıqlamada bildirilir.

Xəbərdə bunun İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrində konkret irəliləyişin əldə edilməsi nəticəsində mümkün olacağı vurğulanıb.

Məlumatda həmçinin qeyd olunur ki, əgər müzakirələrdə İranın nüvə məsələsində irəliləyiş əldə edilməsə, sanksiyaların məhdud çərçivədə yüngülləşdirilməsi tətbiqi prosesi dayandırılaraq bu ölkəyə qarşı daha sərt sanksiyalar qoyulacaq.

Xəbərdə deyilir ki, ABŞ rəhbərliyi İranın nüvə məsələsinin həllində bir neçə mərhələli yol izləyir: “Ona görə də İranın nüvə proqramını inkişaf etdirməsinin qarşısını almaq üçün məhdud və yenidən tətbiqi mümkün olan sanksiyaları yüngülləşdirməyi düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR