Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edilib

Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edilib
# 12 oktyabr 2013 10:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda həbs edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Perm diyarı Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Şəhriyar Əhmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR