Bilik Fondu “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində dəyirmi masa təşkil edib

Bilik Fondu “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində dəyirmi masa təşkil edib
# 12 noyabr 2015 08:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bilik Fondu “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində dəyirmi masa təşkil edib.

Fonddan APA-ya verilən məlumata görə, layihə çərçivəsində bir qrup tələbənin Oğuz, Qax, Ağcabədi və Qəbələ rayonlarına səfərlərini təşkil edilib.

Ekskursiyalarda AMEA-nın alimləri - tarixçi-etnoqraf, arxeoloqlar, habelə ali məktəblərdə təhsil alan yerli və Türkiyə, Polşa, İtaliya, Ukrayna, Pakistan, Qazaxıstan gəncləri iştirak ediblər.

Alimlər Qafqaz Albaniyası tarixi ilə bağlı adıçəkilən rayonlarda olan abidələr, son qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar haqqında yerli və xarici tələbələrə ətraflı məlumatlar veriblər.

Tədbirdə Bilik Fondunun əməkdaşları ilə yanaşı bölgələrə səfər edən tarixçi-etnoqraf alimlər, müxtəlif ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.

Dəyirmi masada Qalatəpə məbədinə ekskursiyaya bələdçilik edən AMEA Arxeologiya və etnoqrafiya İnstitutunun “Çöl tədqiqatları” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev Qafqaz Albaniyası ərazisindəki qədim abidələr barədə məlumat verib.

Layihədə iştirak etmiş tələbələrə Bilik Fondunun təşəkkürnamələri və “Qafqaz Albaniyasına səyahət” sənədli filminin diskləri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR