Bakıda Azərbaycan-Rusiya biznes forumu keçilir - FOTO

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçilir - <span style="color: red;">FOTO
# 04 iyun 2014 08:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanla Rusiya ikitərəfli yüksək inkişaf etmiş əlaqələrə malikdir. İki ölkənin iqtisadi-ticari münasibətləri inkişaf etmiş hüquqi bazaya malikdir. Bununla əlaqədar olaraq Azərbaycan və Rusiya arasında 30-dan çox iqtisadi məzmunlu müqavilə imzalanıb. “APA-Economics"in xəbərinə görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində ikitərəfli vergitutma, azad ticarətə dair də sənədlər imzalanıb ki, bu da ticarətin, iqtisadi münasibətlərin inkişafına daha da təkan verir.

Azərbaycan şirkətlərinin də Rusiyada fəal şəkildə fəaliyyət göstərdiyi qeyd edən R.Məmmədov bildirib ki, Azərbaycan şirkətləri 10 il ərzində bu ölkəyə təxminən 1 mlrd. dollar sərmayə yatırıb. Həmin dövr ərzində Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına isə 628 mln. dollar yatırıb.

O, Azərbaycanla Rusiyanın iqtisadi sahədə əməkdaşlığında məhsullar strukturunun diversifikasiyasını, xidmət və məhsulların geniş spektrini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR