Gənclər Fondunun əməkdaşları Tiflisdə səfərdə olub

Gənclər Fondunun əməkdaşları Tiflisdə səfərdə olub
# 14 dekabr 2013 09:14 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov Gürcüstanın Gənclərlə İş və İdman Nazirliyi yanında Uşaq və Gənclər Birliklərinin İnkişafı Fondunun dəvəti ilə dekabrın 13-14-də Tiflisdə şəhərində səfərdə olublar.

Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Gürcüstanın Gənclərlə İş və İdman Nazirliyi yanında Uşaq və Gənclər Birliklərinin İnkişafı Fondunun 2013-cü il üçün fəaliyyətinin yekun-hesabat mərasimində iştirakla yanaşı, təcrübə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və birgə layihə imkanları məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR