Rəfiqəsini öldürməkdə təqsirləndirilən qadının şikayəti təmin edilməyib

 Rəfiqəsini öldürməkdə təqsirləndirilən qadının şikayəti təmin edilməyib
# 21 avqust 2015 12:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - AP. Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Nailə Apayevanın apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib, onun barəsində olan hökm qüvvəsində saxlanılıb.

Qeyd edək ki, N. Apayeva münaqişə zəminində rəfiqəsi Lalə Vəliyevanı küt alətlə vuraraq öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nailə Apayeva 13 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR