FHN-in İzotop Xüsusi Kombinatının yenidən qurulan inzibati binasının açılışı olub - FOTOSESSİYA - VİDEO

FHN-in İzotop Xüsusi Kombinatının yenidən qurulan inzibati binasının açılışı olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 dekabr 2013 12:05 (UTC +04:00)

APA-nın xəbərinə görə, açılışa qatılan fövqəladə hallar naziri Kəmaləddin Heydərov kombinatın yenidən qurulan nəzarət-buraxılış məntəqəsinə baxıb. Nazirə məlumat verilib ki, kombinatın 3 mərtəbəli binası bütün lazımi avadanlıq, kommunikasiya vasitələri və avadanlıqları ilə təchiz olunub.

Burada radioekoloji monitorinq bölməsi, təchizat otağı, yeməkxana, tibb məntəqəsi, tədris və xidmət otaqları, radiasiya müdafiəsinin təşkili metodiki mərkəzi, Heydər Əliyev guşəsi yerləşir.

Kombinat radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi, uzun müddətli saxlanılması, basdırılması, xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiyası və radioekoloji monitorinq aparmaq üçün bütün lazımi avadanlıqlarla təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR