Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,7% yüksəlib
# 25 fevral 2014 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 16 209 bəndədək, S&P 500 0,6% - 1 848 bəndədək, Nasdaq 0,7% - 4 293 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da fond indekslərinin dinamikasına G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Sidneydə keçirilən toplantısında səslənən bəyanat təsir edib. Belə ki, iclas iştirakçıları bəyan ediblər ki, təmsil etdikləri ölkələrdə ehtiyatlı monetar siyasət həyata keçiriləcək.

Avropa fond bazarlarında fevralın 24-də FTSE 100 indeksi 0,4% - 6 866 bəndədək, Almaniya DAX-ı 0,5% - 9 709 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 4 419 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% artaraq 1 336,30 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3733 dollar (-0,03%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR