Göyçayda səyyar xidmət zamanı 200 nəfərə yeni şəxsiyyət vəsiqəsi verilib

Göyçayda səyyar xidmət zamanı 200 nəfərə yeni şəxsiyyət vəsiqəsi verilib
# 03 sentyabr 2015 13:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Göyçay Rayon Polis Şöbəsinin müvafiq qurum əməkdaşlarının iştirakı ilə baş tutub.

Səyyar xidmət zamanı ümumilikdə 200 rayon sakininə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR