İranda SEPAH-ın 5 keçmiş yüksək rütbəli üzvü edam edilib

İranda SEPAH-ın 5 keçmiş yüksək rütbəli üzvü edam edilib
# 14 oktyabr 2013 10:47 (UTC +04:00)

APA-nın məlumatına görə, onlar terror aktları törətməkdə günahlandırılaraq dara çəkiliblər.

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli üzvləri olmuş şəxslər oktyabrın 11-də Sənəndəc şəhərinin mərkəzi həbsxanasında edam edilsələr də, xəbər yenicə yayılıb.

SEPAH-ın sabiq üzvləri əsasən terror aktları və sünni din xadimlərinə qarşı sui-qəsdlər həyata keçirməkdə ittiham olunublar. Onların ad və soyadları da açıqlanıb. Bunlar Hiva Tab, Həmid Xoşnəvaz, Kamal Haşimi və Müslüm Rəşididir. Birinin isə yalnız adının Hiva olduğu dəqiqləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR