Məhkumlara qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb

Məhkumlara qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb
# 17 mart 2014 09:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Nəzakət Eynulla qızı Nəsirovanın yanına qısa müddətli görüşə gəlmiş qızı Günel İbrahimxəlil qızı Nəsirovanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman ona məxsus əl çantasının içərisində 1 ədəd “Nokia” markalı mobil telefon aparatı, 1 ədəd mobil telefon batareyası və 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Vasif Vaqif oğlu Salmanovun yanına qısa müddətli görüşə gəlmiş bacısı Gültəkin Vaqif qızı Maqsudovanın üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının içərisində 1 ədəd “Cin” və 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.

Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 144.2.3 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Taleh İmayəddin oğlu Aslanovun yanına qısa müddətli görüşə gəlmiş qonşusu Səfər Ağa oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynində olan pencəyin cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR