Hacıqabulda zəncirvari avtoqəza baş verib

Hacıqabulda zəncirvari avtoqəza baş verib
# 18 yanvar 2014 14:24 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabul rayonunun ərazisində baş verən zəncirvari avtomobil qəzasında iki nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün saat 22:00 radələrində Bakı-Qazax yolunun 134-ci kilometrliyində rayonun Muğan kəndi ərazisində 3 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Kənd sakini 1989-cu il təvəllüdlü Elnur Nəhalət oğlu Xəlilov idarə etdiyi «Mercedes» markalı 10 PT 451dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olan Kürdəmir rayon sakini 1956-cı il təvəllüdlü Vidadi Yunus oğlu Vahidovun idarə etdiyi «Mercedes» markalı 10 XK 885 nömrə nişanlı avtomobili arxadan vuraraq digər sürücü, 1989-cu il təvəllüdlü Gəncə sakini Mərdan Müxtəsər oğlu Məmmədovun idarə etdiyi «Hundai» markalı 90 NT 308 nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə, avtomobillər aşaraq yarasız hala düşüb. Hadisə zamanı E.Xəlilov və M.Məmmədov xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYP idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR