Təhsil naziri Avropa Birliyinin Tempus üzrə sektor müdiri ilə görüşüb

Təhsil naziri Avropa Birliyinin Tempus üzrə sektor müdiri ilə görüşüb
# 27 sentyabr 2013 15:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Avropa Birliyinin Təhsil, audiovizual və mədəniyyət məsələləri üzrə İcraçı Agentliyinin Tempus üzrə sektor müdiri Klaus Haupt ilə görüşüb. Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, görüş zamanı Azərbaycan ali məktəblərinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təhsil proqramlarında iştirakı və yeni Erasmus+ proqramı çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR