İstanbulda I Türk Cümhuriyyətləri Hərbi Tibb Konqresi keçirilir

İstanbulda I Türk Cümhuriyyətləri Hərbi Tibb Konqresi keçirilir
# 23 iyun 2014 14:48 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin İstanbul şəhərində I Türk Cümhuriyyətləri Hərbi Tibb Konqresi başlayıb. APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, iyunun 25-dək davam edəcək Konqresə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Şimali Kiprdən 150 hərbi tibb işçisi qatılıb.

Konqresdə “Fövqəladə hallarda hərbi səhiyyə xidmətləri” mövzusunda məruzələr dinləniləcək, tibbi məlumatlar və təcrübələr paylaşılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR