Azərbaycan Mərkəzi Bankı: «Bank of Baku» normal fəaliyyətini davam etdirir

Azərbaycan Mərkəzi Bankı: «Bank of Baku» normal fəaliyyətini davam etdirir
# 05 mart 2014 12:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Son günlərdə bəzi KİV-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən guya «Bank of Baku» ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilir. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın açıqlanmasında deyilir.

AMB rəsmən bəyan edib ki, «Bank of Baku» ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır: «Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur».

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, «Bank of Baku» normal fəaliyyətini davam etdirir: «Bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyil».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR