Mehriban Əliyeva Vyetnamda Ədəbiyyat Məbədi ilə tanış olub

Mehriban Əliyeva Vyetnamda Ədəbiyyat Məbədi ilə tanış olub
# 19 may 2014 12:30 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mayın 19-da Hanoy şəhərində Ədəbiyyat Məbədi ilə tanış olub.

APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımına məlumat verilib ki, Ədəbiyyat Məbədinin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulub.

Məbəd Çin alimi Konfutsiyə həsr edilib. 1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində Kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet - İmperial Akademiya yaradılıb. Bu, Vyetnamın ilk milli universiteti hesab olunur.

Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edilib.

Səfər zamanı həmçinin Vyetnam prezidentinin xanımı Mai Thi Hanh tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə nahar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR