Səhiyyə Nazirliyi özünü yandıran Rusiya vətəndaşının vəziyyətinə aydınlıq gətirib

Səhiyyə Nazirliyi özünü yandıran Rusiya vətəndaşının vəziyyətinə aydınlıq gətirib
# 30 dekabr 2013 08:58 (UTC +04:00)

Xəstəxanaya təhkim olunan Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya açıqlamasında deyib ki, səhər xəstənin vəziyyəti yoxlanılıb və sağlamlığı qaydasındadır. Onun sözlərinə görə, A. Ələkbərov xəstəxanaya gətiriləndə həyatı üçün təhlükə, ağır vəziyyət və ya ölüm təhlükəsi olmayıb: “Sadəcə sərxoş halda üstünə benzin tökərək özünü yandırıb. Hazırda vəziyyəti yaxşıdır və ətrafdakı insanlarla rahat danışır”.

Səhiyyə naziri Oqtay Şirəliyevin xəstəyə baş çəkməsi ilə bağlı olan xəbərlərə gəlincə, D. Hümbətov bu xəbəri təkzib edib: “Səhiyyə Nazirliyindən yalnız mən təhkim olunmuşam, bundan əlavə, Bakı şəhər Səhiyyə İdarəsindən nümayəndələr baş çəkib. Biz burdayıq, bütün lazımi köməkliklər göstərilir və hazırda vəziyyəti normaldır”.

Qeyd edək ki, Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında sərxoş halda üstünə benzin tökərək özünü yandırıb. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR