Hüquq müdafiəçiləri İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin saxlanma yerində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin saxlanma yerində monitorinq keçiriblər
# 12 fevral 2014 12:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər. Bu barədə APA-ya məlumat verən E.Behbudov bildirib ki, hazırda orada saxlanılan yoxdur.

E.Behbudov Müdafiə Nazirliyinin Mərkəzi Haupvaxtında da monitorinq keçirdiklərini deyib: “Orada Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi Fizuli Salahovla görüşdük. Görüş tanışlıq xarakteri daşıyırdı. Orada saxlanılan hərbçilərlə də maraqlandıq. 2 nəfər müddətdən artıq xidmət edən şəxs, 7 nəfər isə əsgər saxlanılırdı. İstilik sistemi, həftədə bir dəfə hamam, gündə üç dəfə isti yeməklə təmin olunurlar. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Saxlanılan şəxslər əsasən hərbi hissəsini özbaşına tərk edənlər və xidmət zamanı mobil telefondan istifadə edənlərdir”.

Hüquq müdafiəçisi monitorinqin davam edəcəyini, bu gün ərzində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də saxlanma yerində monitorinq keçirmək niyyətlərinin olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR