“Azadlıq” qəzeti kömək üçün KİVDF-yə müraciət edə bilər

“Azadlıq” qəzeti kömək üçün KİVDF-yə müraciət edə bilər
# 13 noyabr 2013 15:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azadlıq” qəzetinin dəstək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna (KİV DF) müraciət etməsi istisna olunmur”.

Bunu APA-ya açıqlamasında dünən çapını dayandırmış “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyev deyib.

Hazırda abunə marafonu təşkil etdiklərini söyləyən Rahim Hacıyev deyib ki, əslində KİVDF mətbuata yardım fondudursa, mətbuatın inkişafı naminə ağır vəziyyətə düşmüş mətbuat orqanına yardım etməlidirlər. Rahim Hacıyev hələ ki, redaksiyanın “Azərbaycan” nəşriyyatından çıxmasının tələb olunmadığını da qeyd edib.

Qeyd edək ki, “Azərbaycan” nəşriyyatı borcu ödəyə bilmədiyi üçün “Azadlıq” qəzeti çapını dayandırıb. “Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə 24 min manat borcunu ödəmək üçün noyabrın 12-dək vaxt verib. Vaxt tamam olduğundan qəzetin rəhbərliyi noyabrın 12-də nəşriyyatın rəhbərliyi ilə görüşüb, məlum səbəblərdən maliyyə vəsaitinin olmadığını bildirib və mümkündürsə, əlavə möhlət verilməsini istəyib. Nəşriyyat rəhbərliyi də özlərinin maliyyə çətinlikləri ilə əlaqədar möhlət verə bilməyəcəklərini deyib və yığılmış borcun (ən azı əhəmiyyətli bir hissəsinin) ödənilməsini tələb edib. Beləliklə, nəşriyyata olan borcunu ödəyə bilmədiyi üçün qəzetin çapı dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR