Azərbaycan-İran sərhədindən Naxçıvana getmək istəyən nəqliyyat vasitələrinin keçidi hələ də bərpa olunmayıb

Azərbaycan-İran sərhədindən Naxçıvana getmək istəyən nəqliyyat vasitələrinin keçidi hələ də bərpa olunmayıb
# 10 noyabr 2013 12:50 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, piyadaların ikitərəfli gedişi qaydasına düşdüyü halda, Naxçıvan Muxtar Respublikasına gedən ağır tonnajlı yük maşınlarının keçməsinə icazə verilmir: “Bizim tərəfdə dayanmış İran avtomaşınları artıq ölkələrinə qayıdıb. Amma Naxçıvana getmək istəyən maşınlar nə səbəbdənsə gözləməyə məcbur ediliblər. İran tərəfi ilə bizim səlahiyyətlilərimiz arasında növbəti görüş barədə isə hələlik hər hansı açıqlanma verilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR