ABŞ və Rusiya Suriyadakı kimyəvi silahla bağlı məlumatları razılaşdırıblar

ABŞ və Rusiya Suriyadakı kimyəvi silahla bağlı məlumatları razılaşdırıblar
# 14 sentyabr 2013 04:40 (UTC +04:00)

Bakı-APA. ABŞ və Rusiya Cenevrədə keçirilən danışıqlarda Suriyadakı kimyəvi silahla bağlı məlumatları praktiki olaraq razılaşdırıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Röyter” agentliyinə ABŞ administrasiyasının nümayəndəsi deyib. O bildirib ki, tərəflər məsələ ilə razılıq əldə etmək üzrədir.

“Danışıqlar həlledici mərhələyə qədəm qoyub”, - deyə o vurğulayıb.

Əvvəllər ABŞ Dövlət Departamenti bəyan edirdi ki, Suriyada 1000 tonadək zəhərləyici maddə ola birər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR