İran prezidenti “WhatsApp”a qoyulmuş qadağanı aradan qaldırıb

İran prezidenti “WhatsApp”a qoyulmuş qadağanı aradan qaldırıb
# 06 may 2014 13:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani “WhatsApp” sosial şəbəkəsinə qoyulmuş qadağanın aradan qaldırılması barədə göstəriş verib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi açıqlama verib.

Onun sözlərinə görə, “WhatsApp” zərərli deyil, əxlaq və mənəviyyata da xələl vurmur: “Nə qədər ki, ölkədə bu cür şəbəkələrin alternativi yoxdur, hökumət də onların qarşısını almamaqla bağlı razılaşıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR