Dalya Qribauskayte yenidən Litva prezidenti seçilib

Dalya Qribauskayte yenidən Litva prezidenti seçilib
# 26 may 2014 11:42 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Dünən Litvada keçirilən prezident seçkilərinin ikinci turunun nəticələri məlum olub.

APA-nın "Russia Today"a istinadən xəbərinə görə, hazırkı dövlət başçısı Dalya Qribauskayte yenidən prezident seçilib.


Hazırkı prezident səslərin 58,68%-ni, onun rəqibi - sosial demokrat Ziqmantas Balcitis isə 40,1%-ni qazanıb. Seçicilərin iştirakı 46,89% təşkil edib.

Qeyd edək ki, Litvada prezident seçkilərinin ilk turu mayın 11-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR