İsa Qəmbər müsavatçıları və “Yeni Müsavat” qəzetini AXCP ilə bağlı “atəşkəs”ə çağırıb

İsa Qəmbər müsavatçıları və “Yeni Müsavat” qəzetini AXCP ilə bağlı “atəşkəs”ə çağırıb
# 28 yanvar 2014 14:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya üzvlərinə və “Yeni Müsavat” qəzetinə çağırış edib. APA-nın məlumatına görə, İ. Qəmbərin özünün “Facebook” səhifəsindəki çağırışında bildirib ki, media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat Partiyasının üzvləri Milli Şuradan çıxdıqdan sonra daha da kəskinləşən söz savaşı Müsavatın moratorium qərarından sonra xeyli səngisə də, hələ bitməyib.


İ. Qəmbər Müsavat Partiyasının bu ili “Məhəmməd Əmin Rəsulzadə ili” elan etdiklərini xatırladıb: “Yubiley tədbirləri il boyu davam edəcək, lakin bir sıra əsas tədbirlər məhz indiki mərhələdə - 28-31 yanvarda keçiriləcək. Mən ilk növbədə müsavatçılara və “Yeni Müsavat”çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram. Bu gün Rəsulzadənin həyatda olan son silahdaşlarından biri - Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Bakıya gəlir. Doğrusu, mən heç istəməzdim ki, o, sabah qəzetləri açanda Rəsulzadə-Elçibəy yolunda olduğunu iddia edənlərin bir-birinə qarşı yazıları ilə qarşılaşsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR