Ərdoğanın partiyasının rəhbər strukturunda azərbaycanlı təmsil oluna bilər - VİDEO

Ərdoğanın partiyasının rəhbər strukturunda azərbaycanlı təmsil oluna bilər - <span style="color: red;">VİDEO
# 13 aprel 2014 09:42 (UTC +04:00)

APA TV-nin məlumatına görə, bu məsələ AKP İğdırda bələdiyyə seçkilərini uduzduqdan sonra gündəmə gəlib. İğdırda 8 min üzvü olan partiya seçkilərdə cəmi 4500 səs topladıqdan sonra AKP yerli təşkilatının sədri istefa verib. İğdırlılar hesab edir ki, AKP-nin seşkilərdə məğlubiyyətinə səbəb partiyanın rəhbər strukturlarında azərbaycanlıların təmsil olunmamasıdır. AKP İğdır təşkilatına milliyətcə kürd vətəndaşların rəhbərlik etməsi azərbaycanlı seçicilərin başqa partiyaların namizədlərinə səs verməsinə səbəb olub. Azərbaycanlılar hesab edir ki, əgər AKP İğdır təşkilatına azərbaycanlı rəhbər təyin olunsa, partiya növbəti seçkilərdə İğdırda zəfər qazanacaq. Azərbaycanlıları öz ətrafında toplaya biləcək ən şanslı namizəd isə İğdır tarixində ilk dəfə ard-arda iki bələdiyyə seçkilərində qalib gəlmiş, 2009-cu il seçkilərində isə bütün təzyiqlərə rəğmən 33 faiz səs toplamış Nurəddin Arasdır. İğdırlılar hakim partiyanın seçkilərdəki məğlubiyyətini və çıxış yolunu da bilirlər. İğdır sakini Məhəmməd Sayhan deyib ki, İğdırda Nürəddin Arasın AKP rayon təşkilatına seçilməsi ilə bağlı söhbətlər gəzir. İğdırdakı 100 min azərbaycanlı buna çox sevinib. Biz Azərbaycan türkləri olaraq İğdırda iqtidarla birlikdə fəaliyyət göstərmək istəyirik. 10 il ərzində İğdırda bələdiyyə sədri olmuş Nürəddin Arasın AKP-nin rayon təşkilatına sədr seçiləcəyi xəbəri biz 100 min azərbaycanlını çox sevindirib. Bununla bağlı AKP-dən gələcək xəbəri səbirsizliklə gözləyirik". İğdır Şəhid Ailələri Dərnəyinin təsisçisi Qənbər Güzəlkayanın sözlərinə görə, bu günə kimi İğdırda hakim partiyanın yerli təşkilatları həmişə kürd vətəndaşların nəzarətində olub. O deyir ki, azərbaycanlılar son 100 ildə İğdırı ədalətlə idarə ediblər, amma son 12 ildə soydaşlarımıza qarşı açıq-aşkar ayrı-seçkilik siyasəti aparılır. Səbəb isə hakim partiya strukturlarına azərbaycanlı namizədin rəhbərlik etməməsidir. Qənbər Güzəlkayanın sözlərinə görə, təşkilata azərbaycanlı rəhbər təyin olunsa, soydaşlarımız İğdırda AKP-ni can bir qəlbdən dəstəkləyəcəklər. "AKP-nin İğdırda bələdiyyə seçkilərini uduzması düşündürücüdür. Nurəddin Aras AKP-yə müraciət etdiyi və baş nazirin ona bu şansı verdiyi halda biz də vətəndaş cəmiyyətinin üzvü, İğdır xalqı olaraq Nurəddin bəylə bərabər olacağıq və lazım gələrsə, bütün seçkilərdə ona dəstək verəcəyik. İqtidarın nemətlərindən faydalanacağıq. Şəhərimizdəki problemlər həll olacaq və torpağımız həqiqi mənada haqqı olanı əldə edəcək". Qondarma Erməni Soyqırımı İddialarına qarşı Mücadilə Dərnəyinin rəhbəri Göksəl Gülbəy də bu fikirləri bölüşür. O hesab edir ki, əgər İğdırda 2 dəfə bələdiyyə başqanı seçilmiş, güclü elektorata sahib olan Nurəddin Aras AKP bölgə təşkilatının rəhbəri seçilsə, azərbaycanlılar hakim partiyanın mövqeyini tam dəstəkləyəcəklər. Göksəl Gülbəy iğdırlıların Nurəddin Arasın namizədliyi üzərində dayanmasını bir cümlə ilə izah edir - hakim partiyaya azərbaycanlıların dəstəyini qazandıra biləcək ikinci namizəd faktiki olaraq yoxdur. "İğdırdan 30 ildir çıxmış, orta məktəb məzunu, diplomu olmayan bir ankaralı 10 il bələdiyyə sədri olmuş şəxsə nisbətən birinci olur. Xalq buna hiddətlənib. AKP-nin İğdırda qələbə qazanması mümkündür. Bu yalnız Azərbaycan türkü olan birinin sədr seçilməsi ilə baş tuta bilər. Nurəddin Aras seçilsə AKP-nin burada nüfuzu artacaq, burada daha yaxşı nəticələr əldə edəcək, xüsusilə buradakı azərbaycanlılar və BDP-li olmayan kürdlər AKP-yə axışacaq". Qeyd edək ki, artıq Nurəddin Aras boş qalan AKP İğdır təşkilatının rəhbərliyinə öz namizədliyini rəsmən irəli sürüb. Ankarada AKP rəhbərliyi ilə görüşlər keçirən Nurəddin Arasın namizədliyi müsbət qarşılanıb. Partiyanın rəhbər orqanları yekun qərarı yaxın günlərdə açıqlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR