İranda zəlzələ olub

İranda zəlzələ olub
# 31 yanvar 2014 10:05 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Simnan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Simnan vilayətinin Şahmirzad rayonuna təsadüf edib.

4.0 bal gücündə olan zəlzələ yanvarın 31-də Bakı vaxtı ilə saat 02:12-də yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Şahmirzaddan (Simnan) 20 km, Məhdişəhrdən (Simnan) 26 km və Polsəfiddən (Mazandaran) 29 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR