Venesuela parlamenti prezident Maduroya əlavə səlahiyyətlər verib

Venesuela parlamenti prezident Maduroya əlavə səlahiyyətlər verib
# 20 noyabr 2013 02:48 (UTC +04:00)

Bakı-APA. Venesuela Milli Assambleyası ikinci oxunuşda prezident Nikolas Maduroya fövqəladə qanunverici səlahiyyətlərinin verilməsinə səs verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Peru21 telekanalı məlumat yayıb.

Sənəd prezident Maduraya bir il ərzində ölkədə yeni qanunları qəbul etmək hüququ verir. Bir müddət əvvəl dövlət başçısı sahibkarların gəlirlərinin məhdudlaşdırmasını nəzərdə tutan qanun layihəsinin artıq hazırladığını bəyan edib.

Qeyd edək ki, Venesuela Milli Assambleyası noyabrın 15-də prezidentin fövqəladə səlahiyyətləri haqqında qanunu birinci oxunuşda qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR