Britaniyalı ekspert Penitensiar Xidmətin rəisi ilə görüşüb

Britaniyalı ekspert Penitensiar Xidmətin rəisi ilə görüşüb
# 28 yanvar 2014 14:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi - TAIEX proqramı çərçivəsində sosial xidmət sahəsində Avropa təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının eksperti Şeron Uolker Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində olub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev çıxış edərək, Azərbaycanın penitensiar sisteminin inkişaf tarixi barəsində məlumat verib.


Şeron Uolker isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsində mövcud təcrübə haqqında məlumat verib. O qeyd edib ki, Avropa İttifaqının TAIEX proqramı çərçivəsində müqayisəli təhlillər aparılmaqla Avropa Şurasına daxil olan ölkələrin bu sahədəki təcrübəsi öyrənilir. Bu məqsədlə həyata keçirilən yeni layihədə müxtəlif ölkələrə səfərlər etməklə, ilkin mənbələrdən məlumatlar toplanılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR