Lənkəranda küçəyə atılmış körpə tapılıb - VİDEO

Lənkəranda küçəyə atılmış körpə tapılıb - <span style="color: red;">VİDEO
# 16 mart 2014 18:37 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda küçəyə atılmış körpə tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, uşaq martın 16-da saat 17.00 radələrində rayonun Səpnəkəran kəndi ərazisində Mirsalam adlı yerli sakin tərəfindən aşkarlanıb.

Uşaq aşkarlanan zaman yanında ona aid paltar və digər əşyalar da qoyulubmuş. Əraziyə dərhal polis əməkdaşları və təcili yardım stansiyasının həkim briqadası cəlb olunub. Onların müdaxiləsi ilə körpə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə aparılıb. Təxminən 3 aylıq olan oğlan tibbi müayinədən keçirilib və onun səhhətində hər hansı problem olmadığı müəyyənləşib. Daha sonra körpə şəhərdəki uşaq xəstəxanasına təhvil verilib.

Hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsində körpənin valideynlərinin kimliyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR