İran diplomatının ölümünə səbəb olan partlayışın araşdırılması məqsədilə Tehrandan Livana missiya yollanıb

İran diplomatının ölümünə səbəb olan partlayışın araşdırılması məqsədilə Tehrandan Livana missiya yollanıb
# 16 yanvar 2014 10:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Livana faktaraşdırıcı missiya göndərib.

APA - nın İRİB-ə istinadən verdiyi məlumata görə, məqsəd İranın Livandakı səfirliyinin qarşısında baş vermiş partlayışı araşdırmaqdır. Missiya üzvləri səfər çərçivəsində Livanın xarici işlər, daxili işlər və ədliyə nazirləri, baş prokuror və kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşəcək.

Qeyd edək ki, ötən il noyabrın 19-da İranın Livandakı səfirliyinin on metrliyində iki güclü partlayış baş verib. Nəticədə diplomatik korpusa ciddi ziyan dəyib, səfirliyin mədəniyyət attaşesi, bir diplomatın həyat yoldaşı və xeyli adam ölüb. İran hökuməti bu hadisədən sonra onun araşdırılmasında iştirak etmək istəyində olduğunu rəsmən açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR