Azərbaycanda bank kassa dövriyyəsi 20% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 20% artıb
# 13 dekabr 2013 12:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2013-cü ilin yanvar-oktyabr aylarında 31,240 mlrd. manat, məxaric hissəsi isə 31,669 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin müvafiq dövrünə nisbətən 19,7%, məxaric hissəsi isə 15,9% artıb.

Beləliklə, 10 ayın nəticələrinə görə bank kassa dövriyyəsində 429 mln. manat həcmində mənfi saldo yaranıb və bu dövr ərzində 438,8 mln. manat həcmində pul emissiyası həyata keçirilib. İllik müqayisədə pul emissiyası 2,8 dəfə azalıb.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Bu mənbədən bank kassalarına 19,306 mlrd. manat və ya ümumi mədaxilin 61,8%-i daxil olub. Digər iri mənbələrin sırasında 7,337 mlrd. manat həcmində və ya xüsusi çəkisi 23,5% olan hüquqi şəxslərdən daxilolmaları, 2,469 mlrd. manat həcmində və ya xüsusi çəkisi 7,9% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 13,220 mlrd. manat və ya 41,7%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 9,604 mlrd. manat və ya 30,3%, bankomatlara pul qoyuluşunun payına 7,999 mlrd. manat və ya 25,3% düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR